Oğurladığı pulla özünə nişan mərasimi keçirdibackend

Oğurladığı pulla özünə nişan mərasimi keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini Vüsal Xankişiyev həbs edilib.

Vüsal Xankişiyev Əlfət Quliyevə məxsus evdən qızıl əşyaları oğurlayıb. O, oğurladığı qızılları sataraq bu ilin avqustun 21-də nişan edib. Nişanı olan gənc bir gün sonra saxlanılıb.

Məlum olub ki, o, ötən il oktyabrın 8-də Mais Əliyevə məxsus mağazadan pul və ərzaq məhsulları da oğurlayıb.

Vüsal Xankişiyevin əvvəllər məhkum olunduğu da üzə çıxıb. O, paytaxtda 10-dan çox obyektdən oğurluq etməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvü olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Xankişiyev 2009-cu ildə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən il azadlığa çıxıb və yenə də eyni əməllərini davam etdirib. (teleqraf.com)

İnterpress.az