İtaliyada zəlzələ nəticəsində ölənlər dəfn edilirbackend

İtaliyada zəlzələ nəticəsində ölənlər dəfn edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\” \”Euronews\”a istinadən xəbər verir ki, ölkədə milli matəm günü elan edilib. Matəm mərasimi üçün təbii fəlakətdən çox zərər görən Askoli Piçeno şəhəri seçilib.
Hadisə qurbanlarının torpağa tapşırılması mərasimində İtaliya prezidenti Serco Mattarella və baş nazir Matteo Rentsi iştirak ediblər.
Askoli Piçeno şəhərinə gəlməmişdən əvvəl ölkə prezidenti ən çox insan itkisinin qeydə alındığı (224 nəfər ölüb, 15 nəfər itkin düşüb – red.) Amatriçe şəhərinə baş çəkib. Ölkə başçısı şəhərdə olarkən növbəti yeraltı təkan baş verib.
Son məlumatlara görə, hadisə nəticəsində 290 nəfər dünyasını dəyişib, 400-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, 2500-dən çox insan sığınacaqsız qalıb və hazırda çadır düşərgələrində yaşayır. Xilasedicilər 238 nəfəri dağıntılar altından qurtarıb.

İnterpress.az