Numan Kurtulmuş: “Suriya terror təşkilatlarının sığınacağına çevrilib”backend

Numan Kurtulmuş: “Suriya terror təşkilatlarının sığınacağına çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş \”Fırat Kalkanı\” hərbi əməliyyatını şərh edərkən türkiyəli jurnalistlərə deyib.

Onun sözlərinə görə, iyul ayından indiyə qədər Türkiyədə terror hücumları həyata keçirilir və onların təşkilatçıları Suriyadan logistik və digər dəstək alır: \”Bunun səbəbi həmin ölkədəki siyasi qeyri-sabitlikdir. Keçirdiyimiz əməliyyat sərhədlərimizi terrorçulardan təmizləmək məqsədi daşıyır və bu əməliyyat uğurlu aparılır. İnşallah ən qısa zamanda onu başa vuracağıq\”.

N.Kurtulmuş söyləyib ki, Türkiyə Silahlı Qüvvələri Suriyada beynəlxalq koalisiya ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

İnterpress.az