Rayonun Yuxarı Tala kənd sakini, 1989-cu il təvəllüdlü Zülfiyyə Mamed qızı Məmmədova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, Z/ Məmmədova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Zülfiyyə Məmmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az