İnterpress.az xəbər verir ki, norveçli baş nazir Türkiyə ilə münasibətlərin daha önəmli olduğunu deyib. Solberqin bu qərarı Norveçdəki bəzi tarixçilərin etirazına səbəb olub.
Tarixçi Baard Larsen qərarı “qorxaq addım” adlandırıb: “Eynilə Səudiyyə Ərəbistanı, Çin kimi ölkələr öz mənfəətləri üçün tənqid etmirlərsə, Türkiyəni də onun üçün tənqid etmirlər”.
Erna Solberq Ermənistandakı mərasimdə ancaq səfir səviyyəsində iştirak edəcəklərini bildirib.
Baş nazirin müşaviri Baard Qlad Pedersenin sözlərinə görə, tarixi mövzularda qərarlar tarixçilərin öhdəsinə buraxılmalıdır: “Bi mövzu son illərin mübahisəli məsələlərindəndir. Nəyin soyqırım olub olmaması BMT-nin qərarıyla təyin olunur. Bunun üçün də bu mövzuya tarixçilər qiymət verməlidirlər. Başqa ölkələrdəki mərasimlərdə ölkələri səfirlərin təmsil etməsi çox təbiidir”.
Sağ Partiyadan Oslo Əyalət Məclisinin deputatı Mertefe Bertınoğlu baş nazirin qərarına hörmət edilməsini bildirərək ““Soyqırım” mövzusunda Türkiyə dəfələrlə arxivlərin açılması və müstəqil tarixçilərin arxivlərdə işləməsini təklif edib, ancaq Ermənistan buna müsbət cavab vermədi” deyə vurğulayıb.
İnterpress.az