Girovların məsələsi AŞPA-nın yaz sessiyasındabackend

Girovların məsələsi AŞPA-nın yaz sessiyasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barəd Trend-ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

R.Rzayev qeyd edib ki, separatçı rejimin bu “qərar”ı gülməlidir: “Bizim soydaşlarımız qeyri-qanuni saxlanılıblar. Qondarma “məhkəmə” yaradıblar, “hökm” çıxarıblar, özləri də “apelyasiya” veriblər. Bunlar hamısı qeyri-ciddi və tamamilə hüquqdankənar hərəkətlərdir. Təbii ki, biz bu məsələni AŞPA-da səsləndirəcəyik”.

Millət vəkili əlavə edib ki, Azərbaycanın marağında olan digər məsələlər də nümayəndə heyəti tərəfindən qaldırılacaq: “Hər sessiya zamanı, sessiyalararası komitələrin iclasları zaman Azərbaycanın marağında olan məsələlər daim gündəmə gətirilir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Sərsəng su anbarı, təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejmini tez-tez pozması ilə bağlı məsələlərin AŞPA-da gündəmə gətirilməsi və bu məsələlərlə bağlı ədalətli mövqeyin ortaya qoyulması ətrafında işimizi davam etdirəcəyik”.

İnterpress.az