Bunu İnterpress.az-a zərərçəkənlər bildirib.
Məlumata görə, 5 min manatdan artıq zərər edən şəxslərə pul nəğd şəkildə qaytarılmır: “Zərərin ödənilməsi üçün Xırdalan İcra Hakimiyyətinə müraciət edildiyində 5 min manatdan artıq zərəri olanlara torpaq təklif olunur. Bu torpaqlar indi tikinti dayandırılan massivin düz yaxınlığındadır. Sənəddə həmin torpağın təyinatı kimi kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulduğu göstərilir. Amma icra hakimiyətində and-aman edirlər ki, Novrus bayramından sonra Xırdalan İcra Hakimiyyəti başçısının tikinti üçün xüsusi sərəncamı olacaq”.
Elnarə
İnterpress.az