Nemtsovun qətlində şübhəli bilinənlərə ittiham elan olundubackend

Nemtsovun qətlində şübhəli bilinənlərə ittiham elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstintaq Boris Nemtsovun qətlində şübhəli bilinən Həmzət Baxayev və Tamerlan Əsgərxanova qarşı ittiham irəli sürüb.

H.Baxayevin vəkili Sofiya Rubasskaya bildirib ki, istintaq ittihamı ötən həftənin cümə günü irəli sürüb. O, istintaqın icazəsi olmadan ittiham barədə heç bir söz deyə bilməyəcəyini söyləyib.

T.Əsgərxanovun vəkili Roza Maqomedova isə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı istintaq tərəfindən yardım, vasitəçilik ittihamı irəli sürülüb: \”Lakin Əsgərxanov bu cinayətdə özünü təqsirli bilmir\”.

Qeyd edək ki, bir müddət əvvəl Boris Nemtsovun qətlində şübhəli bilinərək saxlanılan Zaur Dadayev və Anzor Qubaşova da qarşı ittiham irəli sürülüb. İstintaq onlara qarşı bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, qanunsuz oldu silah gəzdirmə maddələri ilə ittiham elan edib. Günahları sübuta yetiriləcəyi halda, onları 8 ildən 20 ilədək ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Martın 8-də qətldə şübhəli bilinən şəxslər barəsində Moskvanın Basman Rayon Məhkəməsinin qərarı ilə aprelin 28-dək həbs-qətiimkan tədbiri seçilib.

Xatırladaq ki, Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsov fevralın 27-də axşam saatlarında Kremlin yaxınlığında odlu silahdan güllələnərək öldürülüb. Hadisə baş verən zaman onun yanında ukraynalı fotomodel Anna Duritskaya olub. ( apa )

İnterpress.az