Tamerlan Eskerxanov qətldə əli olmaqda, Hamzat Bakaev isə qətl və qanunsuz silah saxlamaqda ittiham olunur.
Bundan əvvəl yalnız keçmiş çeçen polisi Zaur Dadaev və Anzor Gubaşevə qarşı rəsmi ittiham irəli sürülmüşdü.
Ümumilikdə Nemtsovun qətli ilə bağlı 5 nəfər həbs olunub.
Martın 16-da daha 1 nəfərə, Shadid Gubashevə qarşı da ittiham irəli sürüləcəyi gözlənilir.
Zaur Dadaev ilkin ifadəsində qətlədə əli olduğunu boynuna alsa da sonradan bu ifadədən imtina elədi və onu təzyiq aldında verdiyini dedi.
O ötən həftə hüquq müdafiəçiləri ilə görüşdə ona işgəncə verildiyini bildirdi.
Boris Nemtsov fevralın 27-də Moskvanın mərkəzində öldürülüb.
İnterpress.az