Serj Sarkisyan: “Uzlaşma qapılarını bağlamadıq”backend

Serj Sarkisyan: “Uzlaşma qapılarını bağlamadıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, paytaxt İrəvanda təşkil edilən Beynəlxalq Media Forumda çıxış edən Sarkisyan Türkiyə – Ermənistan əlaqələrinə toxunub.

“Qapıları bağladığımız anlamına gəlmir”

Sarkisyan “Türkiyə ilə imzalanan protokolların parlamentdən geri çəkilməsi Türkiyə ilə uzlaşma qapısını qapatdığımız mənasını vermir. Sözügedən protokolları Türkiyənin yürütdüyü siyasət səbəbiylə həyata keçirilməsi imkansız olduğu üçün geri çəkdim. Gözlənilən nəticəni əldə etmədik və bu mövzuda kimin günahkar olduğunu hər kəs bilir. Ancaq bu, Türkiyə ilə uzlaşma qapısını qapatdığımız mənasını vermir. Digər tərəfdən üçüncü bir ölkənin qeyri-konstruktiv yanaşmalarının qurbanı olan bir prosesə qoşulmayacağıq” deyib.

Prezident Sarkisyan 16 Fevralda “Ermənistan və Türkiyə arasında diplomatik əlaqələrin qurulması Protokolu” və “Ermənistan – Türkiyə arasındakı əlaqələrin inkişaf etdirilməsi Protokolu”nu parlamentdən geri çəkmə haqqında qərar verib.

Protokolun təsdiq müddəti dondurlub

Sözügedən protokollar 2007-ci ildə İsveçrənin vasitəçiliyə başlaması ilə 10 Oktyabr 2009-cu ildə imzalanıb. İkitərəfli əlaqələrin normallaşdırılması üçün modeller təqdim edən bu protokollar iki ölkədə də təsdiqlənməsi üçün əlaqədar orqanlara göndərilib. Türkiyə protokolları Böyük Millət Məclisinə göndərib. Ermənistan hökuməti də əlaqədar qanunvericiliyə uyğun olaraq protokolları əvvəl konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Protokollar daha sonra təstiqlənməsi üçün Milli Məclisə təqdim olunub. Prezident Sarkisyan 22 Aprel 2010 tarixində etdiyi çıxışda protokolların təsdiq prosesinin dondurulduğunu açıqlayıb.

“Ermənistan və Türkiyə arasındakı əlaqələrin inkişaf etdirilməsi protokolu”nda, iki ölkə arasında “Ortaq sərhəd qapılarının açılması”, “İki ölkənin xarici işlər nazirləri başçılığında hökumətlərarası komissiya və alt komissiyaların qaydalarını hazırlamaq üzrə işçi qrupunun yaradılması”, “Hökumətlərarası komissiya və alt komissiyalarının iş qaydalarının nazirlər səviyyəsində təsdiqlənməsi” və “Hökumətlərarası komissiyanın ilk sessiyasının təşkili” ilə bağlı qərar qəbul edilib.

İnterpress.az