İnterpress.az “Vesti Ru”ya istinadən bildirir ki, xüsusilə, bu pilot Konstantin Yaroşenkoya aid ola bilər.
“Rusiya məhbuslarının Rusiya Federasiyasına qaytarılması Rusiya tərəfi ilə müzakirə oluna bilər. Eyni zamanda belə qərarlar cəmiyətin etirazına və Konqresin qəzəbinə səbəb ola bilər. Lakin bu hüquq yalnız prezidentə məxsusdur” – bu haqda Respublikaçılar Partiyasının rəhbərliyi məlumat verib.
Xatırladaq ki, Rusiya pilotu Konstantin Yaroşenko, 2010-cu ildə Liberiyada həbs olunub. Daha sonra ABŞ-dan qaçmağa cəhd edib. Ona, narkotika ticarəti ilə məşğul olduğu üçün 20 il həbs cəzası verilib.
Yaroşenko günahını inkar edib. 2016-ci ildə oktyabr ayında Rusiya səfirliyi ABŞ Ədliyyə Departamentinə Yaroşenkonu Rusiyaya qaytarılması üçün çağırış təqdim edib. Vəkilin sözlərinə görə, Rusiya tərəfindən təqdim edilmiş çağırışa baxmaq vaxt tələb edir.
İnterpress.az