İsrail ordusu Şxem yaxınlığında əməliyyat keçirib, 30-dan çox dəzgah məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi məlumat yayıb.
İsrail ordusunun Şomron briqadası ŞABAK-ın koordinasiyası ilə Şxem şəhəri və ətraf kəndlərdə 48 saat davam edən əməliyyatı başa çatdırıb.
Əməliyyat zamanı yüzlərlə obyekt yoxlanılıb, onlarla şübhəli şəxsin dindirildiyi və axtarışda olan 10-dan çox şəxsin saxlanıldığı bildirilib.
Məlumata görə, hərbi məqsədlər üçün silah istehsalında istifadə edilən 30-dan çox torna dəzgahı məhv edilib.
Həmçinin gizlədilmiş silahlar, o cümlədən tüfənglər, tapançalar və döyüş sursatı müsadirə olunub.
Xuraman Etibarlı
İnterpress.az






