“Sən oğlansan, yoxsa qız?”: Hermafrodit polis operatorunu MƏHKƏMƏYƏ VERDİ – VİDEObackend

“Sən oğlansan, yoxsa qız?”: Hermafrodit polis operatorunu MƏHKƏMƏYƏ VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutsk sakini polis əməkdaşlarının hərəkətlərinə görə 200 min rubl təzminat alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İrkutsk sakini Yevgeniya-Ruslan polis əməkdaşlarının onu sorğu-sual etməsi və bu prosesin görüntülərinin yayılması ilə bağlı məhkəməyə müraciət edib.

Məlumata görə, 2018-ci ilin payızında telefon oğurluğunda şübhəli bilinərək saxlanılan şəxsin interseks olduğu müəyyənləşib.

Sorğu zamanı səsləndirilən “oğlansan, yoxsa qız?” sualı və söhbətin videoya düşməsi daha sonra internetdə yayılıb.

Bundan sonra onun təhdid və təhqirlərlə üzləşdiyi, yerli polis mətbuat xidmətinin rəhbərinin isə reportajlardan birində saxlanılan şəxslə bağlı müxtəlif ittihamlar səsləndirdiyi bildirilir.

Yerli KİV-lərin yazdığına görə, hadisədən sonra Yevgeniya ciddi təqiblərlə üzləşib və bir neçə il ərzində iş tapmaqda çətinlik çəkib.

Yevgeniya-Ruslan məhkəmədə Daxili İşlər Nazirliyindən 15 milyon rubl (təxm. 294 min 300 man), sorğunun görüntülərini yayımlayan şəxsdən isə 2,5 milyon rubl (təxm. 49 min man) tələb edib.

O, həmçinin polis mətbuat xidmətinin açıqlamalarının internetdən silinməsini istəyib.

Məhkəmə iddianı qismən təmin edib və yalnız videonun müəllifindən 200 min rubl (təxm. 4 min man) tutulmasına qərar verib.

Xuraman Etibarlı

İnterpress.az