Tatarıstanda başında deşik olan miqrantın skeleti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV media yayıb.
Rusiyanın Tatarıstan Respublikasında hüquq-mühafizə orqanları başında deşik aşkarlanan miqrantın skeletini tapıblar.
Məlumata görə, insan qalıqları istirahət bazasının yaxınlığında aşkarlanıb.
İlkin ehtimallara görə, hüquq-mühafizə orqanları hadisənin qətl ola biləcəyini istisna etmirlər.
Meyitin cibindən bir neçə Qırğızıstan əskinasının tapıldığı bildirilir. Ölən şəxsin kimliyi və ölümünün səbəbləri araşdırılır.
Hadisə ilə bağlı araşdırma davam edir.
Xuraman Etibarlı
İnterpress.az






