Özbəkistanda qatar avtomobillə TOQQUŞDU: 4 nəfər ÖLDÜ – VİDEObackend

Özbəkistanda qatar avtomobillə TOQQUŞDU: 4 nəfər ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda qatar minik avtomobili ilə toqquşub.

İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Özbəkistanın Surxandərya vilayətinin Denau rayonunda dəmiryol keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə avqustun 28-də baş verib. Gentra markalı avtomobil qarşıdan gələn qatarın hərəkət etdiyi dəmiryol keçidinə çıxıb. Nəticədə qatar avtomobillə toqquşub.

Zərbənin təsirindən avtomobil relslərdən kənara atılaraq yolun kənarındakı beton dayağa çırpılıb. Toqquşma nəticəsində avtomobil ciddi zədələnib.

Hadisə zamanı avtomobildə olan 4 nəfər həyatını itirib.

Hadisənin təfərrüatları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az