Almaniyada elektrik yarımstansiyası polis tərəfindən MÜHASİRƏYƏ ALINDIbackend

Almaniyada elektrik yarımstansiyası polis tərəfindən MÜHASİRƏYƏ ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada elektrik yarımstansiyası şübhəli vəziyyətə görə mühasirəyə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

Bremen yaxınlığındakı Qanderkese şəhərində iri elektrik yarımstansiyasının ərazisi “şübhəli hallar” səbəbilə polis tərəfindən mühasirəyə alınıb.

Hadisə yerinə polis helikopteri də cəlb edilib və obyekt havadan yoxlanılıb.

Polisin nümayəndəsi Ronya Vezerin sözlərinə görə, ərazidə əlavə yoxlama tələb edən naməlum predmet və ya vəziyyət aşkarlanıb. Bunun nə olduğu və obyektə hər hansı zərərin dəyib-dəymədiyi hələ açıqlanmayıb.

Yarımstansiyada yanğın baş verməyib və hazırda birbaşa təhlükə əlamətlərinin olmadığı bildirilir. Əməliyyat davam edir.

Hadisə Almaniyanın enerji infrastrukturunda son günlər baş verən bir sıra mümkün diversiya cəhdləri fonunda qeydə alınıb.

Şimali Reyn-Vestfaliya əyalətinin Dormagen və Berxaym şəhərlərində də elektrik yarımstansiyalarının yaxınlığında şübhəli qurğular aşkarlanıb.

Çərşənbə axşamı isə Brandenburqdakı Yançvalde elektrik stansiyasının yaxınlığındakı yarımstansiyaya hücum cəhdi olduğu bildirilib.

Dormagendə yüksək gərginlikli xətlərə istiqamətləndirilmiş, taymer və naqillərlə təchiz edilmiş qurğular tapılıb.

Onların qısaqapanma yaratmaq məqsədilə istifadə edilə biləcəyi ehtimal olunur.

Berxaymda isə buna bənzər 6 qurğu aşkarlanıb. Qanderkesedəki hadisənin əvvəlki insidentlərlə əlaqəli olub-olmadığı hələ məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az