Ukraynanın iki limanında hərbi təyinatlı yüklərin olduğu gəmilər vurulub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yujnı limanında hərbi təyinatlı məhsullar daşıyan quru yük gəmisi vurulub.
Həmçinin Çernomorsk limanında Qərb istehsalı silahların olduğu quru yük gəmisi, hərbi-texniki əmlak anbarı və terminalın vurulduğu iddia edilir.
Məlumata görə, hadisə nəticəsində həmin obyektlərə zərər dəyib. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






