Rostov-Azov yolunda dəhşətli qəzada iki motosikletçi hissələrə bölünüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Rostov-Azov avtomobil yolunda motosikletlə hərəkət edən iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Məlumata görə, 33 yaşlı Vera və 42 yaşlı Mixail gec saatlarda kafeyə qəhvə içməyə gediblər. Geri qayıdarkən onların motosikletinin sağ zolaqdan yolsuzluq avtomobili tərəfindən sıxışdırıldığı bildirilir.
Nəticədə qadının idarə etdiyi motosiklet yoldan çıxaraq təhlükəsizlik səddinə çırpılıb.
Vera hadisə yerində həyatını itirib – onun başı onurğası ilə birlikdə qopub. Kişi də ağır xəsarətlər alıb və dünyasını dəyişib.
Hadisə zamanı motosikletin sürətinin saatda 265 kilometr olduğu bildirilib.
Şahidlərin sözlərinə görə, yolsuzluq avtomobilinin sürücüsü yolda manevrlər edərək hərəkət edib. Qəzanın dəqiq səbəbləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






