Naxçıvandan Məşədə getmək üçün Bilet Qiymətibackend

Naxçıvandan Məşədə getmək üçün Bilet Qiyməti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bunu İnterpress.az-a “ Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

İran və Azərbaycan dəmir yolları arasında vaxt razılaşdırılmalıdır. Dəqiq vaxtı bu yaxınlarda açıqlayacağıq. Bu dəmir yolunun istifadəyə verilməsi İran –Azərbaycan arasında əlaqələrin genişləndirilməsi deməkdir. Əvvəllərdə Naxçıvan-Təbriz istiqamətində dəmir yolu xətti olub. İndi yenədə Naxçıvan – Təbriz – Məşəd istiqamətində dəmir yolu xətti bərpa olunacaq. Bu xəttin bərpası həm də turizmin inkişafı deməkdir:

“Hazırda qiymətlərin üzərində işləyirlər. Həftədə neçə dəfə gediş-gəlişin olması və biletin qiyməti ilə bağlı razılıq əldə olunub. Amma hələ ki, açıqlanması olmayıb. Qeyd edim ki, bu istiqamətə 3 vaqon xətti buraxılacaq. Gələcəkdə tələbatdan aslı olaraq vaqonların sayı artırıla bilər”,- deyə qurum sözçüsü əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az