Bəs böhrandan çıxış yolu nədir? Sualına cavab olaraq Ə. Həsənov bildirir ki, dövlət qurumları bank sahiblərinin və menecerlərinin bankdan faktiki oğurladıqları, mənimsədikləri vəsaitlərin qaytarılmasına nail olmalıdır:
“Banklar deyir ki, problemli kreditləri artıb, ona görə əmanətləri qaytara bilmirlər. Amma bu, həqiqətin yarısıdır. Bəli, bir qism insan işsiz, gəlirsiz qalıb, bəzi şirkətlər müflisləşib, buna görə kreditləri bankara ödəyə bilmir. Amma bank sahibləri və menecerləri özlərinə yaxın şəxslərə və şirkətlərə də xeyli kreditlər veriblər, özü də sərfəli şərtlərlə (aşağı faiz dərəcəsi, girovsuz və s.). Həmin kreditləri də faktiki qaytarılmaması üçün veriblər. Çünki həmin vəsaitlərə şərikdilər .Bir sözlə, mənimsəyiblər həmin pulları. Bu, əmanətçilərin pullarıdır. Dövlət orqanları banklarda belə saxta kreditərin aşkar edilməsi üçün yoxlamalar keçirməlidir. Həmin kreditlərin xeylisini qaytarmaq olar. Bundan sonra digər borclulara güzəşt edib onların da kreditlərinin qaytarılmasına nail olmaq olar. Bununla da böhrandan çıxmaq olar. Amma aidiyyəti dövlət qurumlarının bank sahibləri və menecerləri ilə sıx münasibətləri bütün bunları etməyə imkan vermir, yəni sərt olub tələb etmək istəmirlər”
Gülşanə Mustafayeva
İnterpress.az