“Ölüm hökmü bərpa edilərsə, Azərbaycan Avropa Şurasında qala bilməz”backend

“Ölüm hökmü bərpa edilərsə, Azərbaycan Avropa Şurasında qala bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maraqlıdır, doğrudanmı ölüm hökmünün bərpası qətl hallarının azalmasını situmullaşdıra bilər?

Moderator.az-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli ölüm hökmünün bərpasının qətl hallarının azalmasına təsir göstərməyəcəyini vurğuladı:
“Öncəliklə qeyd edim ki, elə bir statistika yoxdur ki, ölüm hökmü olanda ölüm halları azalır. Azərbaycan Avropa Şurasına üzv olduğu zaman, 1998-ci ildə ölüm hökmü ləğv olunanda bəzi deputatlar deyirdilər ki, ölüm hökmünü ləğv etsək ağır cinayətlər artacaq, hər kəs bir-birini qıracaq. Amma statistika göstərdi ki, bundan sonra adam öldürmə halları çox sürətlə azaldı. Ölüm hökmünün mövcudluğu qətl hallarının azalmasına kömək etmir. Əgər deputatlar ötən dövrün statistikasına nəzər salsaydılar görərdilər ki, yanlış fikirdədirlər.

Azərbaycan ölüm hökmünü bərpa edərsə, o zaman Avropa Şurasında qala bilməz. Belə başa düşürəm ki, həmin deputatlar artıq yığdıqları pulları daha rahat yemək üçün Avropadan uzaqlaşmaq istəyirlər. Amma Azərbaycan xalqı Avropa Şurasına ona görə girməyib ki, onu Avropa istəyib. Azərbaycan xalqı Avropa Şurasına ona görə daxil olub ki, onlar demokratik-dünyvəi dəyərləri mənmsəyən sivil dünya ilə bir arada olmaq istəyirlər. Avropa konvensiyada yer alan dəyərlər bütün çağdaş insanlıq üçün zəruri olan dəyərlərdir. Odur ki, ölüm hökmünün bərpası ilə bağlı deyilənlərin demaqogiyadan başqa bir şey olmadığını düşünürəm”.

İnterpress.az