İnterpress.az xəbər verir ki, virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyana müraciət edərək Azərbaycan ərazisinə keçməkdə yardımçı olmağı xahiş edən Norayr Minosyan Bakıda mətbuat konfransı keçirmək, Ermənistan Silahlı Qüvvəlırində və cəhbəyanı bölgədə baş verən özbaşınalıqdan danışmaq istədiyini bildirib.
“Azərbaycana daha bir fəal qaçmaq istəyir. Düz eləyir. Bizə bu da azdır. Hələ ki Ermənistanda virtualaz.org-un agentləri azad şəkildə gəzişirlər, xalqın böyük hissəsi hansısa xilaskarı gözləyir. Bizə toplaşmaq və bu adamların siyahısını tutmaq lazımdır”, – Ermənistan Müdafiə Nazirliyini və erməni ordusunu təbliğ edən bloger Arşak Zaqaryan yazır.
Bloger Azərbaycana keçmək arzusuna görə Norayr Minosyanı və onun bütün ailəsini məhv etməyə çağırır. Öz şərhlərində istifadəçilər erməni zabiti uşaqları ilə birlikdə, bir vaxtlar erməni başkəsən Njdenin etdiyi kimi, qayadan yerə tullamağa çağırıblar.
İnterpress.az