İnterpress.az[/b xəbər verir ki, məktubda deyilir:
\”Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.
Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə İraq Respublikası hökuməti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və əmin-amanlıq diləyirəm. Fürsətdən istifadə edərək xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin dərinliyini vurğulayıram.
Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm\”.
[b]İnterpress.az