Kişilər diqqət: Dar geyim impotentlik yaradırbackend

Kişilər diqqət: Dar geyim impotentlik yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, eqzama və göbələk xəstəliyinin bir kombinasiyasından meydana gələn interetriqo xəstəliyi yaradan dar alt paltarları dəridə qızarma, qaşıntı və bakteriyaların çoxalmasına səbəb olur.

“Royal Surrey County” xəstəxanasınln əməkdaşı, professor Kristofer Eden bunun qarşısını almaq üçün pampıqlı, tərlətməyən və geniş alt paltarları geyinməyi məsləhət görür. Çünki dar alt paltarları testislərin sıxılmasına səbəb olur. Eyni vəziyyəti dar şalvarlar da yaradır.

Professor bildirib ki, əsasən 20-40 yaşlı kişilərə təsir edən və heç cür səbəbi tapılmayan testis ağrılarına da dar alt paltarları səbəb olur. Eden həmçinin qeyd edib ki, əgər kişilər qısırlıqdan qorunmaq istəyirlərsə dar şalvar və alt paltarlarının yerinə şortik tipli alt paltarı geyinməlidilər.

İnterpress.az