Bu barədə İnterpress.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib. Polis əməkdaşları saxlanılan şəxsin narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Görülmüş tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Teymurov da saxlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində onun şəhər ərazisində yaşadığı evdən nömrəsi silinmiş və qundağı kəsilmiş avtomat silahı, 9 ədəd 5,45 mm. kalibirli patron və 1 ədəd patron sandığı aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
İnterpress.az