Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.
İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, səfər iyunun 24-ə planlaşdırılır.
Səfərin proqramına Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirilməsi daxildir. Görüşlərdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı müzakirə olunacaq.
İnterpress.az