Serbiya səfiri Azərbaycanı tərk edirbackend

Serbiya səfiri Azərbaycanı tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın inkişafından və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov səfir Neboyşa Rodiçin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndirib və onun səfir kimi fəaliyyəti dövründə Serbiyanın dövlət və hökumət başçıları, digər rəsmi şəxsləri və parlament nümayəndə heyətlərinin Azərbaycana intensiv səfərlərini xüsusi qeyd edib.

Səfir Neboyşa Rodiç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan ilə Serbiya arasında tərəfdaşlığın inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Neboyşa Rodiçə gələcək fəaliyyətində uğurlar arzu edib.

İnterpress.az