İcra Hakimiyyətindən leysan sularla bağlı açıqlamabackend

İcra Hakimiyyətindən leysan sularla bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, paytaxtın mərkəzi küçələrində su basmış ərazilərdə fəsadlar aradan qaldırılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, hazırda mərkəzdən kənar ərazilərdə də yağışın fəsadlarının aradan qaldırılması üçün işlər davam etdirilir. \”Bu cür hadisənin baş verməsinə səbəb 40 dəqiqə ərzində aylıq normanın 122 faizi qədər yağışın yağmasıdır\”, – İcra Hakimiyyətindən bildirilib.

BŞİH-dən həmçinin qeyd edilib ki, yaranan hadisə ilə bağlı işlər hazırda \”Azərsu\” ASC tərəfindən aparılır.

İnterpress.az