Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş batibi Yusef bin Ahmad Al-Otaimin ilə görüşü keçirilib.
İnterpress.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Əlaqə Qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
İnterpress.az