İnterpress.az AzNews.az -a istinadən bildirir ki, bunu Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay Ankarada keçirilən 18-ci Türk Tarix Konqresində deyib.
“1915-ci il hadisələrinə görə bizə qarşı qarayaxma kampaniyası aparanlar nə qədər səy göstərsələr də, ölkəmizin əzəli düşmənlərindən başqa heç kimə təsir göstərə bilməyiblər”, – deyə F.Oqtay bildirib.
O qeyd edib ki, Türk Tarix Qurumu kimi rəsmi təşkilatların cəhdləri, diplomatların səyi ilə qarayaxma kampaniyalarının öhdəsindən gəlinib.
İnterpress.az