Taras Şevçenko adına Kiyev Milli Universitetində (KMU) Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin də humanitar dəstəyi ilə “Şərqi Avropa ölkələri tarixinin tədqiqatı üsulları, mənblər və dəyərləndirmələr“ adlı beynəlxalq konfrans keçirilib.
İnterpress.az xəbər verir ki, konfransın digər dəstəkçisi “Şərqi Avropa ölkələrinin tətqiqatı” Birliyidir.
Konfransda KMU-nun prorektoru Petro Bex, Tarix fakültəsinin dekanı İvan Patrılyak, Ali Radanın deputatı Taras Kremin, Türkiyənin Ukraynada səfiri Yönət Can Tezel, Ukraynanın səfiri Yuriy Koçubek, Kiyevdə Yunus Əmrə İnstitutunun rəhbəri Əndər Korkmaz, Sakarya universitetinin doktoru Yücel öztürk, İstanbul universitetinin doktoru Mualla Uydu, Kiyev-Mohila universitetinin doktoru, türkoloq və ukraynaşünas Fərhad Turanlı və digər alimlər, ictimai xadimlər iştirak ediblər. Konfransda Ukrayna, Türkiyə, Albaniya, Macarıstan və Polşa elmi tətqiqatçıları məruzələrlə çıxış edərək mövzu ilə əlaqədar tarixi araşdırmaların üsullarının təkmilləşdirilməsi, müvafiq elmi əsərlərin tərcümə və nəşr olunmasının mühüm olması, vaxtaşırı bu cür müzakirələrin müxtəlif ölkələrdə davam etdirilməsi barədə qərar qəbul ediblər. Albaniyalı alim Entela Muçonun növbəti konfransın ölkəsinin paytaxı Tirana şəhərində təşkil olunması barədə təklifi də dəstəklənib.
İnterpress.az