İnterpress.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentdə davam edən büdcə müzakirələrində deyib.
O qeyd edib ki, mədəniyyətin içi bilik, zəka ilə doludur:
“Mədəniyyətə diqqət artmalıdır. Ən azı büdcənin iki faizini təşkil etməlidir. Kinoya vəsait artırılmalıdır. 1,5 milyonla kinonu irəli aparmaq mümkün deyil. Kino yalnız insanlara nəyisə göstərmək deyil. Bizdə dublyaj sənəti var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər”.
İnterpress.az