YAP üzvü olan deputatların toplantısı keçirilibbackend

YAP üzvü olan deputatların toplantısı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Milli Məclisdə partiyanı təmsil edən deputatlarla görüş keçirilib.

İnterpress.az xəbər verir ki, Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bu görüşün partiyanı parlamentdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Ötən ilin ölkə üçün uğurlu olduğunu deyən YAP sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı dəyərləndirmələri bütövlükdə ötən ilin yekunlarına verilən ən düzgün və əhatəli qiymətdir: \”Dövlətimizin başçısı həmçinin 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini geniş şəkildə ifadə etdi\”.

Daha sonra Əli Əhmədov qarşıda duran vəzifələrdən danışıb.

İnterpress.az