Ağcabədi rayon sakinindən nartkotik maddə aşkarlanıb.
Bu barədə İnterpress.az-a DİN Mətbuat Xidmətindən məlıumat verilib.
Mıəlumatda bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Hindarx qəsəbə sakini X.Əsədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən çəkisi 1 kiloqram 660 qram marixuana da aşkar edilərək götürülmüşdür.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az