Bu il yanvarın 28-nə olan məlumata əsasən, Gürcüstanda QİÇS-ə yoluxma ilə bağlı 19 yeni hal qeydə alınıb.
İnterpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzi məlumat yayıb.
Gürcüstanda, ümumilikdə, 7453 QİÇS-ə yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanların 5578 nəfəri kişi, 1875-si isə qadındır. Pasiyentlərin böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan insanlar təşkil edir. QİÇS 3969 xəstədə inkişaf edib, 1523 nəfər isə ölüb.
Dekabrın 31-nə olan məlumata əsasən, ölkədə 4597 nəfər QİÇS-dən müalicə olunur, onların 43-nü uşaqlar təşkil edir.
HİV infeksiyasına yoluxma hallarının 39,9%-i narkotik vasitələrdən istifadə, 57,6%-i isə cinsi əlaqə vasitəsilə yayılıb.
QİÇS-ə yoluxan şəxslərin böyük əksəriyyəti paytaxt Tbilisinin payına düşüb. Şəhərdə 2726 nəfər QİÇS daşıyıcısıdr ki, onların da 87-si xarici ölkə vətəndaşıdır.
Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində bu xətəliyə 385 nəfər yoluxub.
Son illər qonşu ölkədə QİÇS-ə yoluxma ilə bağlı yeni davamlı artım tendensiyası müşahidə edilir. Belə ki, 2015-cı ildə bu xəstəliyə 717, 2016-cı ildə 719, 2017-ci ildə 631, 2018-ci ildə isə 672 nəfər yoluxub.
İnterpress.az