Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafinin Livan həbsxanasında saxlanılan oğlu Hannibal Qəddafi saxlanma şərtlərindən danışıb.
İnterpress.az Trend-ə istinadən bildirir ki, RİA Novosti agentliyinə müsahibə verən H.Qəddafi sağlamlığından şikayət edib.
O, belində və sinəsində ağrıların olduğunu bildirib və BMT-dən onun üçün həkim briqadasının göndərilməsini istəyib. Müəmmər Qəddafinin oğlu onu ziyarət etməyə gələnlərin də həbsxanaya buraxılmadığını deyib.
Qeyd edək ki, Hannibal Qəddafi 2015-ci ildə Livanda həbs olunub.
İnterpress.az