Gənc şair Bəhruz Xəlilin yeni şeirlər kitabı işıq üzü görüb.
İnterpress.az xəbər verir ki, Bəhruz Xəlil təxəllüsü ilə müasir Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən Bəhruz Talıbovun \”Natural ədədlər\” adlı yeni şeirlər kitabı nəşr olunub. Kitabda müəllifin qələmə aldığı 92 şeiri, eləcə də, bir hekayəsi yer alıb.
B.Xəlil çoxsaylı ictimai məzmuna malik lirik şeirlərin müəllifidir. Kitabda sevgi, ülvi məhəbbət, ictimai kədər, insanlıq və digər mövzulara həsr olunmuş şeirlər dərc olunub. Şairin \”Dizlərindən muğayat ol, əzizim\” adlı şeiri oxucular arasında dillər əzbərinə çevrilmiş şeirlərdən biridir.
Şair yeni nəşr olunan kitabında bir sıra yeniliklərə imza atıb. Kitabın \”Natural ədədlər\” adını daşımasının səbəbi şeirlərin adlarının olmaması, yalnız rəqəmlə göstərildiyi üçündür. Yəni, kitabda yer alan şeirlərin adı nömrə ilə göstərilib. Bundan əlavə, kitabın \”Ön söz\”ünü müəllif özü yazıb.
Kitabın təqdimat mərasimi kitabevim.az-da fevralın 10-da saat 14:00-da keçiriləcək.
Qeyd edək ki, \”Natural ədədlər\” şairin ilk şeirlər kitabıdır.
Xatırladaq ki, B.Xəlil Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, rayonun Qarakazımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində çalışır.
İnterpress.az