19 yaşadək futzalçılarda ibarət Azərbaycan yığması fevralın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
İnterpress.az AFFA-nın saytına istinadən yxəbər verir ki, toplanış çərçivəsində yığmamız fevralın 19-da və 21-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Bakı İdman Sarayında təşkil olunacaq hər iki oyun saat 18:00-da başlayacaq.
Hazırlıq prosesinə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:
Vladislav Reznov (\”Araz\”), Niyaz Əhmədov, İqbal Pənahov, Nurlan Mehdizadə, Hüseyn Qarayev, Sabir Həsənov, Rafael Mütəllimov, Fuad Məmmədzadə, Hüseyn Abutalıbov (hamısı U-19), Ceyhun Nuriyev, Kənan Əsədli, Nicat Quluzadə, Rauf Rüstəmov, Tofiq Hüseynov, Turan Əhmədov (hamısı \”Keşlə\”).
İnterpress.az