Lotu Qulinin killerlərinə bəraət verildibackend

Lotu Qulinin killerlərinə bəraət verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Sankt-Peterburq məhkəməsi ittiham edilənlərlə bağlı dəlillərin yetərli olmadığını əsas gətirərək onlara qarşı sui-qəsd ittihamının götürülməsi və ancaq qanunsuz silah saxlamaq maddəsi ilə mühakimə olunmaları barədə qərar verib. Əli Heydərovun ölümünü sifariş verdiyi deyilən, Azərbaycandan olan H. adlı şəxslə bağlı isə bütün ittihamlar götürülüb.

İttiham edilən şəxslər – Gürcüstan vətəndaşı olan 33 yaşlı İlham Hacıyev, Rusiya vətəndaşları Aleksey Şparuta ilə Ruslan Koryagin olub. İlham Hacıyevin Əli Heydərovla düşmən münasibətəd olan Lotu Qulinin qohumu olduğu bildirilir.

İlkin ifadələrində bu şəxslər Azərbaycandan olan H. adlı şəxsdən Əli Heydərovu öldürmək barədə sifariş aldıqlarını, “qanuni oğru”nun ev ünvanı, maşın nömrələrini həmin şəxsin onlara verdiyini və pulun bir qismini əvvəlcədən ödədiyini bildiriblər. Lakin məhkəmə baxışı zamanı mühakimə edilən şəxslər istintaqa ifadələrini təzyq altında verdiklərini bildiriblər. Əli Heydərov özü isə məhkəməyə ifadə verməkdən imtina edib və bildirib ki. heç kəslə münaqişədə deyil. Nəticədə hakim dəlillərin yetərli olmadığını əsas gətirərək sui-qəsd itihamını götürüb. Hazırda hər 3 şəxs ancaq qanunsuz silah saxlama maddəsi ilə mühakimə edilir.

Qeyd edək ki, Əli Heydərovun adı səs-küylü işlərdə hallanıb. O, xüsusilə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovla “müharibə”də tanınıb. Hətta sui-qəsd xəbərlərindən sonra Əli Heydərovun çağırışı ilə “sxodka” keçirilib və Lotu Qulinin sözügedən hadisəyə bağlılığı müzakirə olunub. “Sxodka”da iştirak edən Aliksey Qudına (“Lexa İrkutski”) “Albert Rıjıy”i öldürmək istəmələri ilə bağlı xəbərlərə və bu işdə həmyerlisi “Quli”nin adının hallanmasına etiraz edib. Qudına iddia edib ki, sui-qəsd məsələsini “Albert Rıjıy” özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb. Qudına bu iddianı sübuta yetirə bilmədiyi üçün ağır cəzalandırılıb. Belə ki, 40 yaşlı Aliksey Qudına (“Lexa İrkutski”) və 31 yaşlı Besik Kvinixidze (“Beso Rustavski”) “qanuni oğru” titulundan məhrum ediliblər.

“Qanuni oğru” ların tituldan məhrum edilməsi barədə “praqon”u “Mirıça”, “Albert Rıjıy”, “Saçino”, “Beco Zarandiya”, “Qaço” və “Yura Lazerevskiy” kimi kriminal avtoritetlərin adından yayılıb.

“Sxodka”dan sonra isə “Albert Rıjıy” bu işlə bağlı Türkiyənin Ədirnə şəhərinə çağırılıb. Bu zaman tərəflər arasında silahlı insident yaranıb və bir türk polisi öldürülüb.

Bu hadisəyə görə axtarılan Əli Heydərov hansısa yolla Rusiyaya qayıdıb və bir müddət sonra soyğunçuluqda ittiham edilərək həbs olunub.

“Albert Rıjıy” ləqəbi ilə tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci ilin fevral ayının 2-də Gəncədə anadan olub.

İnterpress.az