Bunu İnterpress.az-a “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sözügedən sənədə münasbət bildirərkən deyib.
Mehriban Zeynalovanın sözlərinə görə, ABŞ Dövlət Departamentinin hesabatları adətən ikili standartlarla secilir: “Dövlət Departamenti ölkənin insan alveri ilə mübarizəsindən razıdır. Amma yenə də onu birinci yerə salmağa cəhd göstərmir. Halbuki hesabatda göstərilən iradlar çox da neqativ deyil. Ölkə insan alveri ilə mübarizədə beynəlxalq tərəfdaşlığa böyük önəm verir, fəaliyyətində şəfafflığı təmin edir. Tövsiyyələr hissəsində müəyən məqamlar var ki, onlarla bağlı fəaliyyətin daha da təkminləşdirilməsinə ehtiyac var və bu, zaman-zaman edilir”.
QHT rəhbəri qeyd edib ki, bu il Nazirlər Kabineti qanunvericiliyin müəyyən qədər təkminləşdirilməsi istiqamətində işlər görüb. Ümumiyyətlə Dövlət Departamenti açıq çəkildə də olmasa etiraf edir ki, Azərbaycan insan alveri ilə mübarizədə ciddi səy göstərir.
Ölkədə bu sahədə görülməsi vacib olan işlərdən danışan Mehriban Zeynalova “Departament də Miqrasiya Xidmətini insan alveri qurbanlarının müəyyən edilməsində daha aktif fəaliyyətə çağırıb” deyə vurğulayıb: “Bundan başqa insan alveri cinayətlərini daha ağır cəzalandırılması, səlahiyyətli şəxslərin cəzalanması, bu sahədə çalışan diplomatik nümayəndələr və digər dövlət qurumlarının təmsilçilərinin təlim keçməsi kimi məqamlara toxunulur. Bunlar həlli mümkün olan məsələlərdir. Azərbaycan hökuməti bir daha sübut etdi ki, hər il yayılanan hesabatlara diqqətlə yanaşır və problemlərin həllinə səy göstərir”.
İnterpress.az