İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar dostları olan “qanuni oğru” Badri Koquaşvilini vaxtından əvvəl həbsdən azad etdirmək üçün bütün səylərini birləşdirsələr də, ortaya gözlənilməz vəziyyət çıxıb.
7 illik həbs həyatının yarıdan çoxunu başa vuran Badri Koquaşvilinin səhhətindəki problemlər səbəbindən vaxtından əvvəl azad etdirmək üçün lazım olan bütün məbləği verməyə hazır olan “oğru”lar hazırlıq apardıqları zaman Badri həbsxana xəstəxanasındakı hərəkəti ilə onların planını alt-üst edib. Belə ki, azadlığa aparan yolun növbəti mərhələsi kimi həbsxana xəstəxanasına yerləşdirilən Badri Koquaşvilinin yanına cinsi azlıqların nümayəndəsi yerləşdirilib. “Qanuni oğru” həmin şəxsdən yerini dəyişdirməyi tələb edib, ancaq cinsi azlıq nümayəndəsi bunun eynini “oğru”dan tələb edib. Bundan əsəbləşən Badri Koquaşvili həmin şəxsi döyüb və bütün bunlar müşahidə kamerası tərəfindən görüntülənib. Şəxs döyülməsi ilə bağlı şikayət edib və artıq işə Krosnayarsk şəhər məhkəməsində baxılır.
Bu hərəkəti ilə Badri Koquaşvili onu azad etdirməyə çalışan dostlarını da pis vəziyyətdə qoyub. Bəzi mənbələr bunun Badri Koquaşvilinin azad edilməsi üçün ödəniləcək məbləğin artırılması üçün əvvəlcədən hazırlanmış plan olduğunu bildirir.
İnterpress.az