Dövlət Komitəsi məcburi köçkünün özünü yandırması ilə bağlı məlumat yayıbbackend

Dövlət Komitəsi məcburi köçkünün özünü yandırması ilə bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Ağdam rayonundan olan məcburi köçkün Nəsirov Sahib İsmayıl oğlu içkili vəziyyətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektoruna gələrək, ona mənzil verilməsini tələb edib, lakin ona verilən heç bir izahatı dinləməyərək özünə yüngül yanıq xəsarətləri yetirib.

\”Verilən məlumata görə, Sahib Nəsirov 4 nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi 29 ünvanında özünə məxsus şəxsi evdə yaşayıb.

2015-ci ilin yanvar ayında həmin evi sataraq qonşuluqda ev kirayələyib.

Sahib Nəsirov mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməyib. Onun bu cür məsuliyyətsiz hərəkəti isə dövlət tərəfindən məcburi köçkünlərə göstərilər diqqət və qayğıya kölgə salmaqdan başqa bir şey deyil\”, – deyə Dövlət Komitəsinin məlumatında bildirilir.

İnterpress.az