İnterpress.az xəbər verir ki, arşadırmalar maqnit sahəsinin bərpasının gələcəkdə də məhz həmin ərazidə mümkün ola biləcəyini iddia etməyə əsas verib.
“Nature Communications” jurnalında dər colunan məqaləyə əsasən, yeni araşdırma indiyə qədər olan elmi araşdırmaların nəticəsini şübhə altına alıb. Belə ki, maqnit sahəsinin müxtəlif ərazilərdə baş verməsi ilə bağlı əvvəlki düşüncələr yerini fərqli nəticələrə verib. Araşdırma qrupunun üzvü, Amerikadakı Roçester Universitetinin mütəxəssisi Con Tardunonun sözlərinə görə, həmin ərazidəki dəyişikliyn səbəbi yerli əhalinin qeyri-adi ritualları olub.
Cənubi Afrika sakinləri pis ruhlardana xilas olmaq üçün müxtəlif ayinlər keçiriblər. Onlar əsasən bişmiş gildən tikilən daxmalarını yandırıb və bu evlər kütləvi şəkildə yandırıldığı zaman temperatur kəskin yüksəlib.
Gilin tərkibində olan dəmir isə ətraf mühitə öz təsirini göstərib. Belə ki, dəmir müəyyən temperatura qədər qızdırılarsa, onun üzərində maqnit sahəsi ilə bağlı informasiya “silinər”.
İnterpress.az