İyulun 29-da saat 21.00 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şirvan şəhər sakini Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri – Rüfət Muradov, Səriyyə Quliyeva, Ehtiram Abdullayev və qardaşı Fərəməzi vurub.
Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
İnterpress.az