Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı müayinələrin nəticəsində içməli su nümunələrində aşkar olunan qeyri-kafi nəticələrlə bağlı araşdırmalar həyata keçirilib, suyun keyfiyyət göstəricilərinə mənfi təsir göstərən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi barədə təkliflər verilib.
Eyni zamanda, respublikanın sanitariya-epidemioloji xidmət orqanları yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi olaraq nəzarət aparır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzin apardığı müayinələrin nəticəsində aşkar olunan nöqsanlarla əlaqədar Sabunçu, Xəzər, Suraxanı, Xətai rayonlarının sanitariya təmizliyi məsələlərinə cavabdeh orqanlarının rəhbərlərinə müvafiq təkliflər verilib, Binəqədi, Nizami, Qaradağ rayonlarında cavabdeh şəxslər inzibati qaydada cərimə olunub, həmçinin müvafiq tədbirlərin təşkili üçün Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə rəsmi məktublar göndərilib.
Bakı şəhər ərazisində yerləşən istirahət-çimərlik zonalarında laborator müayinələr aparılmaqla dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərinə nəzarət davam etdirilir.
Bundan başqa, respublikanın şəhər və rayon mərkəzlərində olan su təchizatı sistemlərindən su nümunələrinin müayinələri aparılıb, aşkar olunan nəticələr üzrə müvafiq tədbirlər görülüb, 18 rayon ərazisində istismarda olan modul tipli təmizləyici qurğulardan su nümunələri götürülüb.
İnterpress.az