İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, növbəti hadisə Şırnak vilayətində qeydə alınıb.
Görmec hərbi bazasında yola nəzarət edən hərbçilərə atəş açan terrorçular 3 nəfəri şəhid edib. Ölənlərdən birinin zabit, ikisinin isə əsgər olduğu bildirilir.
Hadisənin PKK silahlıları tərəfindən törədildiyi ehtimal olunur. Atışma nəticəsində bir terrorçu öldürülüb.
İnterpress.az