İnterpress.az xəbər verir ki, vəkil Nazim Ağabəyovun hüquqlarını müdafiə etmək üçün 27 iyul 2015-ci il tarixdə onun atası ilə müqavilə bağladığını bildirib: “Məlum olub ki, Nazim Ağabəyov 23 iyul 2015-ci il tarixdə evdən çıxıb idarə etdiyi avtomobillə işə gedərkən Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsində yerləşən \”Bol market\” ticarət mərkəziin yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Bakı şəhər Baş Polis İdarəsiinə aparılıb. Burada onun üzərinə və maşınına baxış keçirilərkən narkotik vasitə aşkar edilərək götürülüb. Həmin gün Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması müstəntiq Əflatun Səlimova həvalə edilib, Nazim Ağabəyov şübhə edilən şəxs qismində saxlanılıb. 24 iyulda Ağabəyova 234.4.3-cü maddə ilə ittiham elan edilib, Xətai rayon Məhkəməsinin ( hakim İbrahim İbrahimli) qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, saxlanılması üçün Kürdəxanıda yerləşən istintaq təcridxanasına göndərilib”.
29 iyulda təcridxanada Nazim Ağabəyovla görüşdünüyün deyən Adil İsmayılovun sözlərinə görə, o, özünü təqsirli bilmir: “Narkotik vasitələrin ona heç bir aidiyyəti olmadığını, həbsinin bir anlaşılmazlıq olmasını deyib, təcridxanadakı saxlama şəraitindən şikayəti olmadığını bildirib. Həbsdən verdiyim apellyasiya şikayətinə 29 iyulda Bakı Apellyasiya Məhkəməsində ( sədrlik edən İlqar Murğuzov) baxılıb və rayon məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Nazim Ağabəyov da, onun valideynləri və həyat yoldaşı da həbsi bir anlaşılmazlığın nəticəsi hesab etməklə, ədalətin qısa zamanda bərpa ediləcəyinə ümid edirlər və bu məqsədlə respublika Prezidentinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ediblər. Hazırda istintaq davam etdiyi üçün qeyd olunanları kifayət hesab edirəm, zərurət yaranarsa istintaqın gedişi barədə əlavə məlumat verəcəm”.
İnterpress.az