Baş nazir miqrantları “sürü” adlandırdıbackend

Baş nazir miqrantları “sürü” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”İngiltərənin qaçaq miqrantların sığınacağı olan bir liman olmadığını\” söyləyən baş nazir diqqətləri çəkib.

Kemeron Cənub-Şərqi Asiya səfəri çərçivəsində Vyetnamda verdiyi açıqlamada Fransanın şimalında Kale şəhərinə qaçaq miqrantların keçidlərinin qarşısını almaq üçün daha 120 polis göndərdiyini bildirib.

Daha yaxşı bir həyat üçün, insanların sürü halında Kaleyə getdiyini deyən Kemeron İngiltərəyə girən qaçaqların ölkədən çıxarılacağı və hər cür tədbirin görüləcəyi barədə xəbərdarlıq edib.

İngiltərədəki qaçqınlarla işləyən \”Qaçqın Şurası\” Kemeronun \”sürü halında\” sözlərinə reaksiya göstərərək \”Bir dünya liderinin ağır şəraitdə yaşayan və ölkələrini tərk etmək məcburiyyətində qalan insanlarla bağlı belə bir dil istifadə etməməsi lazım olduğunu\” vurğulayıb.

Bu yay 9 nəfər həyatını itirib

Hər gün tuneldən keçməyə çalışan minlərlə qaçaq miqrant iki ölkə arasındakı qatar səfərlərinin axsamasına səbəb olur. Bu yay tunelin Fransa tərəfindən İngiltərəyə keçməyə çalışan 9 nəfər həyatını itirmişdi.

İngilis və fransız rəsmiləri bu həftə Londonda məsələyə dair iclas keçirib. İngiltərə daxili işlər naziri Tereza Mey ilə Fransa daxili işlər naziri Bernard Kaznyov Kaledə təhlükəsizliyin artırılması üçün 7 milyon funt-sterlinq əlavə vəsait təmin olunması məsələsində anlaşıb.

İnterpress.az