ABŞ: “Belarus müxalifətinə nəzarət etmək fikrində deyilik”backend

ABŞ: “Belarus müxalifətinə nəzarət etmək fikrində deyilik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət katibinin birinci müavini Stephen Bigan bildirib ki, Ağ Ev Belarusdakı müxalifəti onunla təmasda olmasına baxmayaraq nəzarətdə saxlamaq niyyətində deyil.

İnterpress.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Amerika Birləşmiş Ştatları Belarus xalqının suverenliyinə tam hörmət edir. Ancaq bu ölkənin müxalifətini idarə etmək və nəzarətdə saxlamaq fikrində deyilik. Əslində bu, bizim işimiz deyil”. Bigan mətbuat konfransında belə deyib.

“Əlbəttə ki, Belarus cəmiyyətinin geniş təbəqələri, o cümlədən Koordinasiya Şurasının xaricdəki üzvləri və Belarus xalqının səsini dəstəkləmək istəyənlərlə əlaqə qururuq” deyib.

Bundan əvvəl prezident seçkilərinin nəticələri ilə razılaşmayan Belarus müxalifətinin nümayəndələri hakimiyyətin dəyişdirilməsi üçün Koordinasiya Şurası yaradıldığını elan ediblər.

Belarus Baş Prokurorluğu hakimiyyəti ələ keçirmə çağırışları ilə bağlı cinayət işi açıb.

Müxalifət Şurası respublikanın konstitusiyasına əsaslanaraq təyin etdiyi bütün hədəf və metodların qanuni olduğunu iddia edir.

İnterpress.az