ABŞ-Çin yaxınlaşması Kremlin şantaj imkanlarını məhdudlaşdırır – “The Conversation”backend

ABŞ-Çin yaxınlaşması Kremlin şantaj imkanlarını məhdudlaşdırır – “The Conversation”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp və Sinin sammiti Kremlin mövqelərini zəiflədə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “The Conversation” nəşri məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, ABŞ və Çin liderlərinin Pekindəki görüşü iki ölkə arasında uzun sürən gərginlik dövründən sonra münasibətləri sabitləşdirmək əzmində olduqlarını nümayiş etdirib.

Si Cinpin iki ölkənin “rəqib deyil, tərəfdaş olmalı olduğunu” vurğulasa da, Tayvan ətrafındakı münaqişə riski barədə xəbərdarlıq edib.

Pekin, həmçinin ABŞ biznesi üçün Çin bazarında daha geniş imkanlar yaratmağa hazır olduğuna işarə edib.

“The Conversation”ın qiymətləndirməsinə görə, bu addım yeni ticarət müharibəsi riskini azaldır və dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı münasibətləri daha proqnozlaşdırıla bilən edir.

Bu vəziyyət Rusiya üçün “pis siqnal” kimi qiymətləndirilir.

Məqalədə qeyd olunur ki, Vladimir Putin ya Moskvadan ABŞ və Çin üçün faydalı olmaqla, ya da problemlər yaratmaq bacarığı ilə “böyük dövlət” statusunu qoruyub saxlamağa çalışır.

Lakin Vaşinqton və Pekin birbaşa danışıqlar apardıqda, Rusiyanın bu cür şantaj imkanları məhdudlaşır.

Nəşr həmçinin xatırladır ki, aprelin 29-da baş tutan son telefon danışığı zamanı Putin yüksək zənginləşdirilmiş İran uranının Rusiyaya çıxarılmasını təklif edib. Lakin Tramp bundan imtina edərək, onu “Ukraynadakı müharibəni başa çatdırmağa diqqət yetirməyə” çağırıb.

Siyasi ekspertlər Vaşinqton və Pekin arasında yaxınlaşmanın qlobal siyasi düzəndə Rusiyanın manevr imkanlarını xeyli daraltdığını bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az